“Qarabağ”ın rəqibi Ziyeşlə yenidən anlaşdı…

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiyanın “Ayaks” klubu mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş ilə müqavilənin müddətini uzadıb.

Etikxeber.az klubun saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu 2022-ci ilin yayına qədər Amsterdam təmsilçisinin şərəfini qoruyacaq.

Mərakeşli oyunçu 2016-cı ildən Hollandiya klubunun formasını geyinir.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Kiprin APOEL klubunu iki oyunun nəticəsində üstələyəcəyi təqdirdə PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. Ağdam təmsilçisi Nikosiyadakı ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. “Ayaks” isə Yunanıstandakı qarşılaşmadan heç-heçə (2:2) ilə qayıdıb. Cavab görüşləri avqustun 13-də keçiriləcək.

Etikxeber.az

Read Previous

Zaqtalada növbəti dəfə zəlzələ baş verdi…

Read Next

Ölkə vətəndaşlarını və əcnəbiləri işə düzəldən şirkətlərin – REYESTRİ APARILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir