Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında modul tipli 15 məktəb quraşdırılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev martın 9-da “Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədilə Prezidentin 2018-ci il 22 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon 56 min manatı Təhsil Nazirliyinə ayrılıb.

Etikxeber.az

Read Previous

MM-in komitə sədri AŞPA-nın komitə iclasına gedir

Read Next

Azərbaycan və Türkiyə komandaları qalib gəldilər: 3-0 və 5-1 – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir