Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qazaxıstanın Baş Prokurorluğu ölkədə baş verən iğtişaşlar zamanı ölən və yaralananların sayını açıqlayıb.
Etikxeber.az xəbər verir ki, Qazaxıstan Baş Prokurorluğunun Cinayət Prokurorluğu Xidmətinin rəhbəri Serik Şalabayevin bildirdiyinə görə, iştişaşlar nəticəsində 225 nəfər ölüb.
“Bu günədək 4 578 zərərçəkənin şəxsiyyəti müəyyən edilib, onlardan 4 353-ü, o cümlədən hüquq-mühafizə orqanlarının 3 393 əməkdaşı yaralanıb. Fövqəladə vəziyyət dövründə 225 ölü ölkə morqlarına çatdırılıb”– deyə, S. Şalabayev bildirib.
O, əlavə edib ki, ölənlər arasında 19 polis və hərbçi də var.
Etikxeber.az