Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətinin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Parlamentin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, QDİƏT PM-nin hüquqi və siyasi məsələlər komitəsinin 48-ci iclasında “Terrorizmə və ekstremizmə qarşı mübarizədə dinin rolu”, iqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 47-ci yığıncağında isə “QDİƏT-ə üzv ölkələrdə beynəlxalq investisiyalar” mövzularında müzakirələr aparılacaq. Tədbirlərdə, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının cari fəaliyyəti, 2017-ci il üçün nəzərdə tutulan iş planı və digər məsələlərə baxılacaq.
Milli Məclisin deputatı müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Etikxeber.az