Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhər Baş Polis İdarəsi ictimai-siyasi fəal Qiyas İbrahimovun intihara cəhd etməsi faktı ilə bağlı məlumat yayıb.
Etikxeber.az xəbər verir ki, İdarədən mətbuata verilən məlumatda qeyd olunub ki, paytaxt sakini Q. İbrahimov iyunun 9-da , saat 17 radələrində yaşadığı evin damına çıxaraq, ictimai diqqəti üzərinə yönəltmək qanunsuz çağırışlar edib.
Bildirilib ki, polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini deyib.
“İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək“-deyə, sonra qeyd edilib.
Etikxeber.az