“Quçşubaba” “Baharlı”, “Tsakuri” “Hünərli” adlandırılacaq-QANUN LAYİHƏLƏRİ BİR OXUNUŞDA QƏBUL OLUNDU

Milli Məclisdə (MM) “Xocalı rayonunun Quçşubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, qanun layihəsini MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov təqdim edib.

S. Novruzov bildirib ki, “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı  kəndi adlandırılması haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub:

“Xocalı rayonu ərazisində yerləşən Quşçubaba kəndin adı dəyişdirilərək həm coğrafi baxımdan həm də Azərbaycan leksikonuna uyğun olaraq  ölkə Prezidentinin təşəbbüsü ilə Baharlı adı verilib. Bu, Azərbaycanın zəfərini ifadə etmək baxımından böyük önəm daşıyır”.

Qanun layihəsi səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

İclasda həmçinin “Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb

S. Novruzov i bildirib ki, qanun layihəsi ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunub:

“Xocavənd rayonunun inzibati ərazisinə daxil olan Tsakuri kəndini qəhrəman ordumuz tərəfindən bu günlərdə işğaldan azad olunub. Dövlət başçısının təşəbbüsü ilə kəndin adı dəyişdirilərək ona Hünərli adı verilib. Bu ad Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi gücü, qüdrəti özündə  əks etdirir”.

Bu qanun layihəsi də müzakirələrdən sonra səsə qoyularaq, bir oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Vətən Müharibəsi Qəhrəmanı” adı-2 ORDEN VƏ 15 MEDAL TƏSİS EDİLİR, “ZƏFƏR” ORDENİ ÖLKƏNİN İKİNCİ ƏSAS ORDENİ OLACAQ – YENİLƏNİB – (2)

Read Next

Fəzail Ağamalı “Xilaskar” ordeninin təsis, ölkə Prezidentinin bu ordenlə təltif olunmasını-MƏLAHƏT İBRAHİMQIZI İSƏ ALİ BAŞ KOMANDANA “ORDU MARŞALI” RÜTBƏSİNİN VERİLMƏSİNİ TƏKLİF ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir