Rafael Hüseynovdan Rəşad Məcidin təklifinə dəstək…

Rafael Hüseynov: “Sahil bağı” “Cümhuriyyət bağı” adlandırılsın
Akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri  Rafael Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Keçmiş “26-lar”, indiki “Sahil bağı”nın “Cümhuriyyət bağı” kimi adlandırılması təklifi ilə çıxış edib.
Etikxeber.az-ın xəbərinə görə, R. Hüseynov bu təklifini MM-in qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-da ilk iclasında çıxışı zamanı deyib.
rafael-baba
Onun sözlərinə görə, həmin bağıın “Cümhuriyyət bağı” adlandırılması AXC-nin  100 illiyinə ən böyük töhfələrdən biri olardı: “Hesab edirəm ki, həmin bağ “Cümhuriyyət bağı” kimi adlandırılmalıdır. Bunun çox mənəvi-siyasi önəmi var. Bu, “Cümhiriyyət ili”nə ən böyük töhfə olardı”. Komitə sədri eyni zamanda bildirib ki, Azərbaycanda Cümhuriyyət bağı-parkı olarsa, onunla bağlı tarixi şəxsiyyətlərin hamısını bir yerdə anmaq olar: “Orada onların hamısını bir yerdə ziyarət edə biləcəyik. Zamanında “26 Bakı komissarı” adlanan yer vardı. O bağ vaxtı ilə Cümhuriyyətlə bağlı idi, Azadlıq parkı idi. Orada, yaxud, başqa yerdə belə bir park-bağ yaratmaq olar”.
resad mecid
Qeyd edək ki, bundan öncə isə “525-ci qəzet”in baş redakroru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid “Cümhuriyyət ili” ilə bağlı “Sahil bağı”nın “Cümhuriyyət bağı” kimi adlandırılması təklifini irəlü sürmüşdü. Onun bu təklifi ölkə ziyalıları tərəfindən müsbət qarşılanmış və dəstəklənmişdi.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Aşıq sənətinin qorunması ilə bağlı ayrıca qanuna ehtiyac var” – AMAŞOV

Read Next

Zoopark və sirk Bakıya heç yaraşmır – ELMİRA AXUNDOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir