“Seçkilər şəffaf və aktiv keçir”- RAMİZ MEHDİYEV – FOTO- YENİLƏNİB

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev prezident seçkilərində səsvermədə iştirak edib.

ramiz-meh

Etikxeber.az məlumat verir ki, R. Mehdiyev 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı seçki məntəqəsində səs verib.

***

“Prezident seçkiləri şəffaf və aktiv keçir”.

Bunu jurnalistlərə açıqlamasında R. Mehdiyev deyib.

Onun sözlərinə görə, indiyədək seçicilərin 70 fazi səs verib.

“Azərbaycan son 15 ildə sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edib. Azərbaycan beynəlxalq səviyyədə tanınıb. Azərbaycanda iqtisadiyyat və sosial sahədə bir çox problemlər həllini tapıb. Ona görə də seçicilərin yüksək səviyyədə seçkilərə gəlməsi təbiidir”, – deyə R.Mehdiyev vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir.

Etikxeber.az

Read Previous

“Seçkilərdə böyük seçici fəallığı var” – KOMİTƏ SƏDRİ – FOTO

Read Next

SEÇİM ANI – Millət vəkili yazdı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir