Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dekabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə qeyd olunub ki, yüksək templərlə inkişaf edən Azərbaycan iqtisadiyyatı Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak etməklə yanaşı, Bosniya və Herseqovinanın iqtisadi dirçəlişinə də yardım edir.
Baş nazir Artur Rasizadə qonağın bu səfərinin də ölkələrimiz arasında əlaqələrə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib. O, müzakirələr zamanı energetika, sərmayə qoyuluşu, infrastruktur, ticarət, turizm və iqtisadiyyatın digər sahələrində dövlət və özəl sektor təmsilçilərinin müştərək fəaliyyətinin səmərəliliyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında əməkdaşlığın beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirilməsinin zəruriliyi barədə danışarkən Ermənistan-Azərbaycan münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini bir daha qeyd ediblər.
Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak Bakıda keçirdiyi görüşlər barədə ətraflı məlumat verib, Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyatın qeyri-neft sektorunda davamlı işbirliyinin qurulmasında maraqlı olduqlarını söyləyib. Qonaq Bosniya və Herseqovinada azərbaycanlı iş adamlarının iştirakı ilə birgə həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Etikxeber.az