“Razı deyiləm…” – GÜRCÜSTANLI DEPUTATDAN ETİRAZ

Savalan Mirzəyev: Göksel Gülbeyin iddiaları doğru deyil

Türkiyənin “Əsassız Erməni İddialarına qarşı İttifaq” (ASİMDER)  adlı təşkilatının rəhbəri Göksel Gülbey ASALA erməni qruplaşması yaraqlılarının Gürcüstana geri dönməsi və digər bu yöndəki fikirləri ilə qətiyyən razı deyiləm.

savalan-1

Etikxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentində təmsil olunan və hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasından olan  Azərbaycan əsilli millət vəkili Savalan Mirzəyev deyib.
“Açıqlamada deyilənlərlə heç bir halda razı deyiləm. Adıçəkilən təşkilatla da bağlı heç bir məlumat yoxdur. Gürcüstan dövləti bütün vətəndaşlarının təhlükəsizliyini təmin edir. O cümlədən, Gürcüstanda yaşayan azərbaycanlıların da hər hansı bir təhlükə ilə qarşı-qarşıya olması məqamı və faktı yoxdur” – deyə, S. Mirzəyev sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

“Demirtaşın yerinə bir Türk göz dikməsin…” – dedi VƏ…

Read Next

Prezident nazirləri yenidən topladı… – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir