Reproduktiv sağlamlıq, insan orqanları və eynəklər…

Gün və göz eynəkləri yenidən parlamentin gündəmində

Bu gün Milli Məclisin (MM) Səhiyyə komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçiriləcək.

Etikxeber.az  xəbər verir ki, bu haqda adıçəkilən komitənin sədr müavini Musa Quliyev məlumat verib.

musa-teze

O, qeyd edib ki, iclasda son-2018-ci ilin payız sessiyasında komitənin gördüyü işlərin hesabatı və 2019-cu ilin yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı müzakirə ediləcək.

Onun sözlərinə görə, qanunvericilik işləri planının müzakirəsi zamanı daha çox  qəbulu gözlənilən və arzuedilən yeni qanun layihələri, o cümlədən, bir sıra mövcud qanunlara dəyişiklikləri nəzərdə tutan qanunvercilik aktları ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

Komitə sədrinin müavini deyib ki, yaz sessiyasında daha çox yeni qanun layihələri-“Rerpoduktiv sağlamlıq haqqında”, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” və “Optika haqqında” qanunvericilik aktları müzakirə mövzusu olacaq:

“Reproduktiv sağlamlıqla bağlı qanun layihəsi müzakirələrə artıq tam hazırdır. Onun müzakirələrə çıxarılmaması üçün də ortalıqda elə bir əsas, səbəb qalmayıb. Çünki hələ üçüncü çağırış parlament dövründən bu məsələ müzakirə və mübahisə obyekti idi, illərdir onun ətrafında geniş diskussiyalar gedirdi və qanun layihəsindəki ziddiyyətli məqamlar aradan qaldırıldığı, o, bir daha təkmilləşdirildiyi üçün artıq müzakirələrə tam hazırdır. Çox güman ki, yaz sessiyasında bu qanun layihəsinin müzakirələrinə nail ola biləcəyik.

Eyni zamanda, insan orqan və toxumalarının transplantasiyası ilə bağlı qanun layihəsi üzərində işlər başa çatdırılıb. Hələ ötən sessiyada bununla bağlı İşçi Qrup yaradılmış və ötən müddət ərzində də həmin Qrup tərəfindən sənədin üzərində işlər davam etdirilmişdi. Ona görə hesab edirəm ki, yaz sessiyasında biz bu qanun layihəsinin də müzakirələrini mümkünləşdirə biləcəyik.

Həmçinin, uzun müddətdən bəri ortada olan və hətta, ilkin variantda müzakirələri keçirilən optika haqqında qanun layihəsi də parlament müzakirələrinə çıxarılmağa hazırdır. Burada da gün və göz eynəkləri ilə bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi nəzərdə tutulur. Çünki həkim məsləhəti və tövsiyəsi olmadan göz eynəklərinin taxılması düzgün deyil, səhhət üzü xeyli təhlükəlidir.

Həm də hər yerdən bu eynəkləri alıb taxmaq olmaz. Bu, eyni zamanda, böyük əksəriyyətin istifadə etdiyi gün eynəklərinə aid bir məsələdir. Uçuz, keyfiyyətsiz, haradan gətirildiyi bəlli olmayan gün eynəklərindən istifadə çox böyük fəsadlar törədə bilər və törədir. Odur ki, bu məsələləri tənzimləmək üçün qanuna ehtiyac var. Artıq bu yöndə də qanun layihəsi ortadadır. Hələlik bu məsələlərin müzakirəsi daha çox gözləniləndir. Ola bilər ki, başqa qanun layihələri də gələcəkdə müzakirələrə çıxarılsın.

Bununla yanaşı, komitənin bir sıra məsələlərlə, mövcud qanunlarla, onların təkmilləşdirilməsi ilə bağlı ictimai dinləmələrinin də təşkili mümkündür. Hələ ötən sessiyadan bu məsələ gündəmdədir və ola bilər ki, sessiyanın gedişində ictimai dinləmələr məsələsi də reallaşsın”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb – DİN

Read Next

“Sevilya” bu dəfə israilli hücumçunu heyətinə qatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir