“Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi: “Özəl şirkətdir, işlərinə qarışa bilmirik”- dedi…”-SABİR RÜSTƏMXANLI NARAHATDIR

Neftçala rayonunda məni ciddi şəkildə narahat edən məsələlərdən biri də 30 nəfər neftçinin işsiz qalmasıdır. Pandemiya dövründə işçilərin ixtisarı və ya işdən çıxarılması ölkə rəhbərliyinin qərarı ilə yolverilməz olsa da, Neftçalada fəaliyyət göstərən Qlobal Enerji Şirkəti 30 nəfər neftçini ixtisara salıb. Bəhanə neftın ucuzlaşması və şirkətin maliyyə durumunun ağırlığıdır…

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, neftçilər bir çox təşkilatlara müraciət etsələr də, məsələ həll edilməyib.

“Bu barədə mən Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevlə danışdım, lakin o da məsələni həll edə biləcəyinə söz vermədi. “Özəl şirkətdir, işlərinə qarışa bilmirik”- dedi. Halbuki, bu şirkət Azərbaycan ərazisində Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməlidir. İndiki şəraitdə 30 nəfər ailə başçısını işsiz qoymaq və hər cür sosial yardımdan kənarda saxlamaq olmaz! Bunun qarşısı alınmalı, neftçilər öz iş yerlərinə qaytarılmalıdırlar”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Qoy Ermənistan tək qalsın…”-ZİYAFƏT ƏSGƏROV

Read Next

“Sahibə Qafarovanın sədrliyi ilə 6 çağırış MM-in 4 aylıq dönəmini parlament tarixində yeni mərhələnin başlanğıcı saymaq olar”-ELDAR İBRAHİMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir