Rusiyanın Vladimir vilayətində avtobusla qatar toqquşub.
Toqquşma nəticəsində ölənlər və xəsarət alanlar var.
Etixber.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, artıq ölənlərin sayı 19-a çatıb.
Qeyd edək ki, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib.
Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub. Hadisə nəticəsində həlak olanlardan 15-i Özbəkistan vətəndaşlarıdır. Qəza zamanı avtobusda 56 nəfərin olduğu bildirilir.
Etikxeber.az