Səfirin qardaşı, səfirin yeznəsi və keçmiş komitə sədri nazir müavini oldu

Sabiq komitə sədri Məmmədyarovun müavini təyin edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Etikxeber.az xəbərinə görə,  bu barədə özəl mənbələrdən məlumat verilib.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

trend_ramiz_hasanov_120210

Onu da qeyd edək ki, R. Həsənov 1961-ci ildə Marneuli şəhərinin Alqet (Məscidli Görarxı) kəndində anadan olub. 1978-1983-cü illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında fəaliyyət göstərib. 1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifədə çalışıb. 1997-2004-cü illərdə Ramiz Həsənov Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 14 dekabr 2005-ci ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ildə Agentlik Dövlət Komitəsi statusu alıb və R. Həsənov komitəyə sədr təyin edilib və  bu yaxınlarda da komitənin ləğvi ilə əlaqədar, vəzifəsindən kənarlaşdırılıb.

O, həm də Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Ayvaz oğlu Həsənovun qardaşıdır.

Həmçinin, Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxovla yeznə-qayındır.

Nazir müavini eyni zamanda, ölkə Prezidenti İlham Əliyevlə eyni dövrdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.

Etikxeber.az

Read Previous

Seyidovun mandatı dondurulur?!

Read Next

Prezident bir sıra açılışlarda iştirak etdi – NAXÇIVANDA – FOTO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir