“Şəhid Ruslanın oğlu dünyaya gəlib və onun özünün vəsiyyətinə uyğun olaraq, uşağa elə Ruslan adı verilib…”-BƏHRUZ MƏHƏRRƏMOV – FOTOLAR

Bu gün Biləsuvarın qəhrəman oğulları-Ağalıkənddən şəhid Ruslan Qurbanov və Nəsimikənddən şəhid Sehran Vəliyevin şəhadətlərindən sonra doğulan övladlarını ziyarət etdim.

Ruslanın oğlu dünyaya gəlib və onun özünün vəsiyyətinə uyğun olaraq, uşağa elə Ruslan adı verilib.

Ruslan balamız şəhidimizin yeganə yadigarıdır.

Sehran Vəliyevin isə qızı dünyaya gəlib və ailə uşağın adını Hədiyyə qoyub.

Hədiyyə şəhidin 3-cü övladıdır və Sehranın bu körpədən başqa bizlərə daha bir qız və bir oğul əmanəti var.

Bu gün bu körpələr şəhidlərin yadigarları kimi dövlətimizin, şəxsən dövlət başçımızın tam qayğısı ilə əhatələnib, onların heç bir sıxıntı, yoxluq çəkmədən, sağıqlı böyüməsi üçün bundan sonra da bütün tədbirlər görüləcək.

Bu minvalla heç şübhəsiz ki, Ruslan da, Hədiyyə də ataları kimi elinə, xalqına, vətəninə layiqli övlad, dövlətimizə nümunəvi vətəndaş olacaqlar.

***

Bu gün şəhid övladlarını ziyarətimizə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da videoformatda qoşuldu.

Bahar xanım hər iki şəhidimiz, həm Ruslan Qurbanov, həm də Sehran Vəliyevin valideynləri ilə söhbət edərək, körpələrin vəziyyəti, ailələrin qayğıları ilə bir daha maraqlandı.

Komitə sədri ilə ortaq təşəbbüsümüz ailələrdə inanılmaz xoş ovqat yaratdı və buna görə də özümün və seçicilərimin adından hörmətli Bahar xanıma bir daha təşəkkürlərimi çatdırıram!

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Şuşa səfəri və Puşkinin “Qafqaz”ı-MİLLƏT VƏKİLİ YAZIR

Read Next

Kənd camaatı özü Ağalıkənddə Şəhidlər üçün xatirə kompleksi inşa edir-BU HAQDA DEPUTAT MƏLUMAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir