Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla-YAD EDİİLDİ

Bu gün saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Etikxeber.az xəbər verir ki, qeyd olunan saatda küçələrdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

Etikxeber.az

Read Previous

Azərbaycanda Anım Günüdür-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN BAŞLANMASINDAN 2 İL KEÇİR

Read Next

27 sentyabr-Anım Günü… Bərdə Şəhidləri…Bərdə Şəhidlər Xiyabanı…-FOTOSESSİYA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir