“Sən öz şəhidinə bu cür yanaşırsansa…” – MÜBARİZ QURBANLI – YENİLƏNİB – (1)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

Etikxeber.az məlumat verir ki, Dövlət Komitəsinin sədrinin jurnalistlərə açıqlamasında bildirdiyinə görə, sovet dövründə də ehsan masaları qurulurdu:

“İmam Hüseyn əzadarlığının birinci ili deyil. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacağam, kimsə deyir halva paylayacağam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu, insanların şəxsi istəyidir və bununla təskinlik tapırlar”.

***

trend_mubariz_gurbanli_160718

“”Dini etiqad azadlığı” haqqında qanun Azərbaycandakı bütün dini mərasimləri tənzimləyir”.

Bunu jurnalistlərə açıqlamasında M. Qurbanlı bildirib.

Onun sözlərinə görə, dini mərasimləri tənzimləyən qanunlarda vətəndaşların hər hansı bir dini ibadət yerinə getməsi azaddır:

“Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun vətəndaşa vicdan azadlığından irəli gələn prinsiplərə uyğun olaraq tam sərbəstlik verir. Azərbaycan çoxkonfessiyalı ölkədir, 14 kilsə, eyni zamanda sinaqoqlar və digər dinlərə aid olan ibadət yerləri var. O cümlədən Azərbaycan İslam dininə etiqad edən dünyəvi dövlətdir. Bizdə 2500-dən çox məscid var ki, bunun da hazırda 1500-1600-ü fəaliyyət göstərir. Azərbaycanda dini mərasimlərə dini bayramlar, hüzn mərasimləri daxildir. Bu mərasimlərə də insanların gəlişi özlərinin istəyindən asılıdır. İslama görə, məscidlərə gəliş sərbəstdir”.

Komitə sədri vətəndaşların məscidlərə uşaqlarla gəlməsi məsələsinə də münasibət bildirib.

O,bildirib ki, İslam dininin qadağa qoyduğu hər hansı məsələ yoxdursa, dövlət də buna qarışmır:

“Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar”.

***

“Şəhidlik zirvəsində hər bir şəhidin öz yeri var. Şəhidləri bir-biri ilə müqayisə edib fərqləndirməzlər. Çünki şəhidlik bir ad altındadır və İslamda şəhidləri ayırmırlar”.

Bunu isə M. Qurbanlı Bakının Şağan qəsəbəsində fəaliyyət göstərən “Qərib Pir” məscidində Azərbaycan şəhidlərinin fotoları əks olunan plakatların sökülməsi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Komitə sədri bildirib ki, Aşura günü zamanı məscidlərdə Qarabağ şəhidləri və digər şəhidlər yad edilir və bu, tamamilə doğrudur: ”

Qafqaz Müsəlmanları İdarəsinin builki fətvasında xüsusilə qeyd olunur ki, məscidlərdə İmam Hüseyn əzadarlığı zamanı Kərbəla hadisələri izah edilərkən xütbələrdə Qarabağ şəhidləri də yad edilsin. Həm dinimiz, həm də fətvada bu deyilir. Kimsə bunu anlamırsa, şəhidlərimizin şəkillərinin orada vurulmasını qəbul etmirsə, ona sual vermək lazımdır ki, sən öz şəhidinə bu cür yanaşırsansa, onda İmam Hüseyn şəhadətinə yanaşman da doğru olmaz. Ona görə də bu cür yanaşma yanlışdır”.

Etikxeber.az

Read Previous

Nəsimi – 7 böyük ozandan biri – ƏLİ HƏSƏNOV YAZDI – VİDEO

Read Next

Aydın Mirzəzadə də “İbrahimov-Rzayev məsələsi”nə münasibət bildirdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir