Sabah 6-cı çağırış Milli Məclisin yaz sessiyası-BAŞA ÇATACAQ, İYUN-İYUL AYLARINDA İSƏ NÖVBƏDƏNKƏNAR SESSİYA ÇƏRÇİVƏSİNDƏ BİR NEÇƏ İCLAS KEÇİRİLƏCƏK – YENİLƏNİB

Sabah, mayın 31-də Milli Məclisin (MM) növbəti və yaz sessiyasında sonuncu plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

İclasın gündəliyinə ilkin olaraq, 11 məsələ daxil edilib və həmin məsələlər bunlardır:

1. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı  Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
10. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Millət vəkilləri yenə bir-birindən iki metr aralı məsafədə əyləşəcək, tibbi maskalardan istifadə edəcəklər.

Qeyd edək ki, MM-in Daxili Nizamnaməsinə və Reqlamentinə əsasən, may ayının ən axırıncı iclas günü yaz sessiyasının başa çatdığı gün hesab olunur.

Bu səbəbdən də, sabahkı iclası 6-cı çağırış MM-in yaz sessiyası dövründə sonuncu iclası olacaq.

Bununla belə, MM iyun və iyul ayının ortalarına kimi, öz fəaliyyətini davam etdirəcək.

Belə ki, MM-in növbədənkənar sessiyası çərçivəsində bir neçə plenar iclası keçiriləcək.

Artıq bununla-növbədənkənar sessiya ilə bağlı millət vəkilləri MM rəhbərliyinə müraciət ediblər.

İyulun 15-dən isə millət vəkilləri yay tətilinə yollanacaqlar.

07:21

***

MM-in sabahkı iclasının gündəliyinə salınan məsələlərin sayı artırılıb.

MM-in Mətbuat Xidmıtindən verilən məlumata görə, gündəlikdəki məsələlərin sayı 12-yə çatıb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq…”-ZAKİR HƏSƏNOV – FOTOLAR

Read Next

Güclü külək əsəcək, yağış yağacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir