Sabah hava necə olacaq?

Azərbaycanda noyabrın 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-8°, gündüz 11-15° isti, Bakıda gecə 4-6°, gündüz 13-15° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək – 773 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı bildirilir.

Etikxeber.az

Read Previous

Əli Həsənovdan – ƏLİ KƏRİMLİ VƏ “MÜSAVAT”A SƏRT İTTİHAMLAR

Read Next

“Belə hadisələr Müsavatı sarsıtmaz” -“MÜSAVAT”DAN İTTİHAMLARA CAVAB GƏLDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir