Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında noyabrın 26-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Arabir güclənən cənub-qərb  küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 1-3° isti, gündüz 5-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85%, gündüz 60-70% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 26-sı axşamadək Abşeron yarımadasında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Sonrakı günlərdə meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Etikxeber.az

 

Read Previous

Azərbaycan millisinin heyəti açıqlandı

Read Next

Prezident memarların bir qrupunu “Tərəqqi” medalı ilə təltif etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir