Sabiq deputat və Xalq yazıçısı-UKRAYNAYA, ADIŞ MƏMMƏDOV ÇEXİYAYA, GÜRSEL İSMAYILZADƏ YAPONİYAYA SƏFİR GÖNDƏRİLDİ – SƏRƏNCAMLAR – YENİLƏNİB

Prezident İlham Əliyev Azər Xuduyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.

****

Prezidentin digər Sərəncamı ilə sabiq deputat, Xalq yazıçısı Elmira Axundova Azərbaycanın Ukraynadakı səfiri təyin olunub.

Qeyd edək ki, 3, 4 və 5-ci çağırış Milli Məclisin (MM) üzvü olan E.Axundova növbəti-sonuncu seçkilərə qatılmayıb.

Onu da qeyd edək ki, E. Axundova Azərbaycanda jurnalist, publisist olan ilk Xalq yazıçısıdır.

***

Prezidentin başqa sərəncamları ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında, Gürsel Qüdrət oğlu İsmayılzadə isə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Etikxeber.az

Read Previous

“Sabirabaddakı stadionun təmirinə başlanılacaq…” – KAMAL CƏFƏROV – FOTOLAR

Read Next

Hüseynova getdi-MURADOVA GƏLDİ – SABİQ VİTSE-SPİKER DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ TƏYİN OLUNDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir