Sabiq deputatdan proqnoz: “…Dumanlı Albionun da AB-yə dönüşünə yol aça bilər”

“Axır ki, bir xoş xəbər aldıq. Fransada keçirilən prezident seçkilərinin birinci turunda Emmanuel Makron öndədir. Marin Lö Pen ondan geri qalır. Xatırladım ki, Lö Pen iki gün öncə, prezident seçiləcəyi halda Qarabağın Ermənistana birləşdirilməsinə çalışacağını demişdi”.

Etikxeber.az xəbər verir ki, bunu sabiq deputat Gültəkin Hacıbəyli öz “Facebook” statusunda yazıb.

O, yazıb ki, mayın 7-si keçiriləcək ikinci turda Makronun Lö Penə qarşı qələbə şansı çox yüksək- 65\35 olaraq göstərilir.

 

 

French Economy minister Emmanuel Macron and his wife Brigitte Trogneux arrive at the Elysee Palace in Paris, France, to attend a dinner in honour of Spain's King Felipe VI and Queen Letizia, June 2, 2015. REUTERS/Philippe Wojazer - RTR4YJV3

marine-le-pen-france-flag-super-tease

“Makronun qələbəsi Avropa Birliyinin möhkəmlənməsi istiqamətində mühüm addımdır.

Bu qələbə Böyük Britaniyada iyunun 8-də keçiriləcək növbədənkənar seçkilərdə Leyboristlərin qələbəsinə, nəticədə, yeni referenduma və dumanlı Albionun AB-yə dönüşünə yol aça bilər”-deyə, o, sonra yazıb.

Etikxeber.az

Read Previous

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətlərində problemlər yarandı- AÇIQLAMA

Read Next

Aprel döyüşlərində yaralanmış hərbçilər birinci vitse-prezidentin təşəbbüsü ilə protezlə təmin edildi – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir