Xəbər verildiyi kimi, dünən Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019”-in açılış mərasimi keçirilib.
Etikxeber.az-ın xəbərinə görə, mərasimdə ölkə Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva işitirak edib.
Sərginin (mərasimin) diqqətçəkən məqamlarından biri isə sabiq rabitə naziri Siruz Abbasbəylinin ölkə Prezidenti ilə bir araya gəlməsi olub.
Qeyd edək ki, son 26 (o cümlədən 16 ildə) ildə belə bir hala rast gəlinməyib, yəni, sabiq nazirlərdən (və hazırda heç bir vəzifədə işləməyən) kimsə uzun illərdən sonra ölkə Prezidenti bir araya gəlməyib və birlikdə-səmimi ortamda görüntülənməyib…
Bu baxımdan, bunu ilk saymaq olar…
Onu da qeyd edək ki, S. Abbasbəyli 1992-97-ci illərdə rabitə naziri vəzifəsində işləyib.
O, Hazırda Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının prezidentidir.


Etikxeber.az