“Sadə əməyimi yüksək qiymətləndirdiyi üçün ölkə Prezidentinə minnətdaram”-80 YAŞI TAMAM OLAN ZİYAD SƏMƏDZADƏ DÖVLƏT BAŞÇISI TƏRƏFİNDƏN ORDENLƏ TƏLTİF OLUNDU – YENİLƏNİB

Ölkə Prezidenti İlham Əliyev akademik, millət vəkili Ziyad Səmədzadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

“Mən ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm. Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidenti, hər bir azərbaycanlı tərəfindən sevilən, dövlətimizin inkişafı, tərəqqisi, çiçəklənməsi üçün gecə-gündüz çalışan, ölkəmizin dünya miqyasında tanıdılmasında böyük fədakarlıqlara imza atan bir dövlət rəhbəridir. Mənim sadə əməyimi çox yüksək qiymətləndirdiyi üçün ona çox dərin minnətdarlığımı bildirirəm. Bu, böyük etimaddır, böyük məsuliyyətdir. Allah cənab Prezidentimizi qorusun, Allah onun ən yaxın silahdaşı-Birinci xanım Mehriban xanım Əliyevanı qorusun, Allah dövlətimizi, xalqımızı qorusun! Mən ömrümün bundan sonrakı dönəmində də vətənimə, elimə, torpağıma sadiq bir insan vətənimizin, xalqımızın, elmimizin inkişafı naminə daha yüksək əzmlə çalışacağam”.

Bunu isə Etikxeber.az-a açıqlamasında Z. Səmədzadə bildirib.

Qeyd edək ki, sabah Z. Səmədzadənin doğum günü, 80 illik yubileyidir.

Z. Səmədzadə 1940-cı ilin iyunun 25-də Bakının Buzovna kəndində anadan olub.

Azərbaycanın ən tanınmış iqtisadçı alimlərindəndir, AMEA-nın həqiqi üzvüdür.

Ötən illərdə 7 dəfə millət vəkili seçilib, uzun illər rəhbər vəzifələrdə çalışıb, Birinci vitse-spiker və Birinci vitse-premyer olub.

70 və 75 illik yubleylərində “Şöhrət” “Şərəf” ordenləri ilə təltif edilib.

Hazırda da Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

3 övlad atasıdır.

Etikxeber.az olaraq, həm yubileyi, həm də ordenlə təltif olunması münasibətilə Ziyad müəllimi təbrik edirik!

Kamil HƏMZƏOĞLU

16:59, 23:58

Etikxeber.az

Read Previous

Sabahdan Bakıda maskasız sərnişinlər olacağı halda avtobus dayanacağı-TƏRK ETMƏYƏCƏK – RƏSMİ

Read Next

Mənim tanıdığım Ziyad müəllim…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir