Şahin Seyidzadə seçiciləri ilə növbəti onlayn qəbul keçirdi-ONLARI DİNLƏDİ VƏ… – FOTO

Milli Məclisin (MM) deputatı Şahin Seyidzadə tərəfindən seçiciləri ilə iyul ayı ərzində ikinci videoformatlı qəbul keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə millət vəkili özü məlumat verib.

“50 saylı Abşeron-Qobustan Seçki Dairəsinin sakinləri ilə növbəti videoqəbul keçirildi. 29 iyul tarixində Abşeron (Ceyranbatan, Hökməli, Saray qəsəbələri və Novxanı kəndi) və Qobustan (Qobustan şəhəri, Ərəbşahverdi, Nabur, Xilmilli və Yekəxana kəndləri) rayonlarından infrastruktur, kommunal, məşğulluq, hüquq, sosial müavinət kimi mövzular üzrə 13 seçicimizlə videoformatda görüş keçirdik. Bəzi müraciətlər haqqında artıq ilkin araşdırılmalar aparıldığı üçün seçicilərimizə müvafiq məlumatlandırma və istiqamətləndirmə verilmişdir. Növbəti addımların həyata keçirilməsi üçün müraciətlər haqqında ətraflı məlumatların emal edilməsi davam etdirilməkdədir“-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

İlham Əliyev Qobustan və İsmayıllıda-AÇILIŞLARDA – FOTOLAR – YENİLƏNİB – (7)

Read Next

“Kreml Türkiyənin Cənubi Qafqazdakı varlığını qəbul etdi”-FƏRİD ƏKBƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir