Samux Xəstəxanasının tikintisinə 1 milyon manat ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev aprelin 8-də “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Etikxeber.az xəbər verir ki, Sərəncama əsasən, Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 1 milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb.

Etikxeber.az

Read Previous

“Nə at var, nə Üsküdar…” – SABİQ DEPUTAT YAZDI

Read Next

“İnsan Hüquqları Məhkəməsi hansı addımları atır?..” – SƏMƏD SEYİDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir