Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistan Milli Şurası Ermənistan Respublika partiyasından olan namizəd Armen Sarkisyanı ölkə prezidenti seçib.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə News.am saytı məlumat yayıb.
Sarkisyanın prezident seçilməsinə 90 parlamentari səs verib, onun əleyhinə isə 10 deputat çıxış edib.
Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti olub.
Qeyd olunur ki, Armen Sarkisyan Ermənistanın parlament idarəetmə sisteminə keçidindən sonra deputatlar tərəfində seçilən ilk prezidentdir.
***
“Ermənistanda yeni mərhələ başlayır”.
Bunu isə politoloq Elxan Şahinoğlu deyib.
“Armen Sərkisyan Ermənistanın prezidenti seçildi. Ermənistan parlamentində keçirilən səsvermədə Sərkisyanın lehinə 90 nəfər, əleyhinə 10 nəfər səs verdi. Beləliklə, Armen Sərkisyan Ermənistanın dördüncü prezidenti oldu” – deyən politoloqun sözlərinə görə, bu, Ermənistanın parlament respublikasına keçidindən sonra ilk prezident seçkisidir və bu seçki ilk dəfə ümumxalq səsverməsi yolu ilə deyil, parlament səsverməsi yolu ilə həyata keçirildi:
“Ermənistanda yeni mərhələ başlayır. Prezident sıradan fiqura çevrilib, əsas söz sahibi baş nazir olacaq. Böyük ehtimalla bundan sonra Azərbaycan prezidenti ilə görüşlərə də Ermənistanın baş naziri qatılacaq”.
Etikxeber.az