Savaş, fəth sözlərini işlətmə! – AKŞƏNƏRDƏN ƏRDOĞANA XƏBƏRDARLIQ – FOTO

“İYİ PARTİ”nin genəl başqanı Meral Akşənər Türkiyə Prezidentinin Afrinlə bağlı işlətdiyi “savaş” və “fəth” sözlərinə kəskin etirazını bildirib.

Oxu.Az-ın xəbərinə görə, belə ki, M. Akşənər partiyasının Balıkəsir bölgəsindəki təşkilatının üzvlərlə və yerli sakinlərlə görüşündə Ərdoğanı işlətdiyi ifadələrə diqqət yetirməyə çağırıb.

aksener-balikesir

“Açıq-açıq danış, biz Afrini, Menbiçi Türkiyənin sərhədlərinə , ərazisinə qatmaq üçünmü oraya getdik?

Fəth, savaş kimi kəlmələrdən bəhs edirsən, bunun hesabını verəcəksən.

Əgər elədirsə, buna cavab ver.

Əgər Suriyanın topraq, ərazi bütönlüyünə hörmət edərək, oralara getmisən, o zaman söylədiyin sözlərə diqqət edəcəksən.

Yoxsa, sabah əllərini yuyub, bu işdən yaxanı çəkməyəcəksən” – deyə, Akşənər əlavə edib.
Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Türk Ordusu üçün dualarını, sevgilərini əsirgəməyənlərə salam olsun! – DEPUTAT

Read Next

“AZƏRBAYCANLI ARZUSU” İLƏ… – Deputatın yazısı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir