“Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz: Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”-TƏHSİL NAZİRİNİN MÜŞAVİRİ XƏBƏRDARLIQ ETDİ

Peyvəndlə bağlı neqativ halların olması Operativ Qərargahın brifinqdə də səsləndirildi.

Etikxeber.az məlumat verir ki, bunu Təhsil nazirinin müşaviri Rüstəm Ağayev təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda deyib.

Qeyd edib ki, bu məsələ Təhsil Nazirliyinin səlahiyyətləri daxilində deyil:

“Peyvəndlə bağlı neqativ hallara qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbir görülür. Buradan təhsil işçilərinə müraciət edirəm. Saxta COVID-19 pasportu alaraq həyatınızla risk edirsiniz. Əlimizdə belə məlumatlar olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Sonra “Vaksinasiya başlayandan kifayət qədər təhsil işçisi əks göstəriş haqqında arayışlar təqdim edib”-deyən R. Ağayev bildirib ki, avqustun 9-dan əks göstərişə dair arayış forması hazırlanıb:

“Keçən həftədən rayon təhsil şöbələrinə tapşırıq verilib, əks göstəriş arayışı olan 35 minə yaxın təhsil işçisi vahid əks göstəriş sertiifikatı almalıdır. Ənənəvi təhsilə qayıtmaq üçün təhsil işçiləri bizə dəstək olmalıdır. Bunun da yolu vaksinasiyadır, hələ ki, başqa yolu yoxdur.

Düşürəm ki, hər hansı problemlərə görə narahat olub vaksin vurdurmayan, əks göstəriş arayışı alanlar vaksinlərin ciddi yan təsiri olmadığını nəzərə alaraq peyvənd vurduracaq və onların əksəriyyəti əks göstəriş sertifikatı almaqdan imtina edəcəklər”.

Etikxeber.az

Read Previous

Özünü zühur etmiş İmam Mehdi kimi təqdim etdi, vətəndaşların külli miqdarda pulunu mənimsədi VƏ TUTULDU – FOTO

Read Next

“UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin imtina etdilər…Dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır…”-Prezident BMT və Belçikanın Azərbaycandakı yeni səfirlərinin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir