Seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır – SABAHDAN

Fevralın 25-dən Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində seçicilərə müvafiq dairə seçki komissiyaları tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsinə başlanılır.

Etikxeber.az xəbər verir ki, bu, barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.
Belə ki, Təqvim Planına əsasən, qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi dairə seçki komissiyaları tərəfindən səsvermə gününə 45-25 gün qalanadək, yəni 2018-ci il fevralın 25-dən martın 17-dək verilir.

Qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsi məntəqə seçki komissiyaları tərəfindən isə səsvermə gününə 24-3 gün qalanadək, yəni 2018-ci il martın 18-dən aprelin 8-dək verilir.

Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Etikxeber.az

Read Previous

Separatçıların “seçki şoularını” tanımırıq – DEPUTAT ATƏT PA-DA BELƏ DEDİ

Read Next

“Xocalı barədə danışmaq mənim üçün çox çətindir…” – AYAZ MÜTƏLLİBOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir