Seçicilərin problemlərini MM-də qaldıracaq – DEPUTAT DAHA NƏ DEDİ? – FOTOLAR

Millət vəkili, Xalq yazıçısı Elmira Axundova Masallı rayonunda növbəti dəfə seçiciləri ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, görüş rayonun Təzəkənd kənd Tam Orta Məktəbində baş tutub.

Öncə xanım parlamentari həmin məktəbin adını daşıdığı Şəhid Rövşən Nəbiyevin büstü önünə tər çiçəklər düzüb.

Daha sonra xanım deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onları dinləyib, problem və qayğıları ilə maraqlanıb.

Millət vəkilinə ünvanlanan müraciətlərin böyük hissəsini ünvanlı sosial yardım, əlillik dərəcəsinin alınması, işsizlik və digər məsələlər təşkil edib. Parlamentari seçicilərin üzləşdiyi problemlərin bir neçəsini elə yerindəcə həll edib və digər məsələləri isə daim diqqət mərkəzində saxlayacağını, onların həlli üçün müvafiq addımlar atacağını qeyd edib.

EMMA-12

EMMA-11

Onu da əlavə etmək yerinə düşər ki, bu və ya digər problemlərlə bağlı müraciət edənlərin sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunub.

Bundan başqa Elmira Axundova rayonun Bədəlan kənd sakini, hər iki valideynini itirmiş 11 yaşlı Tufan Əşrəfovla görüşüb.

Millət vəkili T.Əşrəfova bayram hədiyyələri verib və onu daim diqqətdə saxlayaraq dəstək olacağını diqqətə çatdırıb. Sonda Təzəkən kənd ağsaqqalları bu kəndin yol probleminin həll olunmasında onlara göstərdiyi dəstək və problemi dəfələrlə aidiyyyəti qurumların qarşısında qaldırıb kəndin mərkəzi yoluna asfalt örtüyünün çəkilməsinə nail olduğu üçün xanım deputata dərin minnətdarlıqlarını ifadə ediblər.

Sakinlər ilə söhbət zamanı məlum olub ki, kənd əhalisinin qarşılaşdığı əsas çətinliklərdən biri kənddə içməli və suvarma suyunun olmamasıdır. Su problemi onların əziyyət çəkdiyi ən başlıca problemdir.

Digər bir problem isə 2006-cı ildən istifadəyə verilən kənd məktəbində şagirdlər üçün idman zalının tikilməməsidir. Məktəb müəllimləri və valideyinlər idman dərslərini keçməyə yer olmadığından, şagirdlərin sağlamlıqları üçün önəmli olan bu dərslərdən məhrum olduğunu bildiriblər.

Kənd sakinlərini dinləyən Elmira Axundova onları əmin edib ki, hər zaman olduğu kimi, bundan sonra da seçicilərin problemlərini Milli Məclisdə qaldıracaq və o problemlərin həllinə müəssər olmaq üçün əlindən gələni əsirgəməyəcək.

EMMA-13

EMMA-14

EMMA-15

EMMA-16

EMMA-17

EMMA-18

EMMA-19

Etikxeber.az

Read Previous

Bunları Azərbaycan mədəniyyətinin ensiklopediyası adlandırmaq olar – DEPUTAT – FOTOLAR

Read Next

Sabihə Qafarova Azərbaycan-Çexiya Dostluq Qrupunun rəhbəri olacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir