Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün yerlər-MÜƏYYƏNLƏŞDİRİLDİ

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi məqsədilə müvafiq yerlərin müəyyənləşdirilməsi üçün ayrılan müddət başa çatır.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti və bələdiyyə orqanları səsvermə gününə azı 30 gün qalanadək seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsini təmin etməlidir.

Bu müddət 2024-cü il yanvarın 8-də başa çatacaq və artıq təşviqat materialları üçün yerlər müəyyən olunub.

Etikxeber.az

Read Previous

Birinci ledidən Milad bayramı münasibətilə-PAYLAŞIM

Read Next

Prezident 3 ölkənin səfirinin etimadnaməsini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir