Silahlı Qüvvələrin hərbi qulluqçuları-DAHA 5 MEDALA LAYİQ GÖRÜLDÜLƏR – SƏRƏNCAM(LAR) – YENİLƏNİB – (3)

İyunun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif olunmasına dair Sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 731 hərbi qulluqçusu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Təltif olunanların 1-i general-leytenant, 1-i general-mayor, 43 nəfəri isə polkovnikdir.

https://static.president.az/media/W1siZiIsIjIwMjEvMDYvMjQvNDU4YzZscHRhel9TQVJBTkNBTV9WQVRBTl9VUVJVTkRBX01FREFMSV9SQVNNSV9TQU5BRExBUl9YQVJJQ0EucGRmIl1d?sha=5cc7b5a2f3d55687

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Silahlı Qüvvələrin 616 hərbi qulluqçusu “İgidliyə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 6-sı polkovnik, 19-u polkovnik-leytenantdır.

https://static.president.az/media/W1siZiIsIjIwMjEvMDYvMjQvOHFoMGVtcGtpN19TQVJBTkNBTV9TSUxBSExJX1FVVlZBTEFSX0lHSURMSVlBX0dPUkVfTUVEQUxJX0lMQV9UX0xUX0ZfRURfTE1fU0lfSEFRSU5EQV9SQVNNSV9TQU5BRExBUl9YQVJJQ0FfLnBkZiJdXQ?sha=feca158f2de1c40b

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2893 hərbi qulluqçusu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Təltif olunanların 7-si polkovnik-leytenant, 41-i mayordur.

***

Prezident İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Silahlı Qüvvələrin 786 hərbi qulluqçusu “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunub.

Təltif edilənlərin 3-ü polkovnik, 39-u polkovnik-leytenantdır.

https://static.president.az/media/W1siZiIsIjIwMjEvMDYvMjQvOW55czhjd255al9TQVJBTkNBTV9TSUxBSExJX1FVVlZBTEFSX0RPWVVTSERBX0ZBUlFMQU5NQVlBX0dPUkVfTUVEQUxJX1RBTFRJRl9SQVNNSV9TQU5BRExBUl9YQVJJQ0EucGRmIl1d?sha=48c1447371c71e35

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.

https://static.president.az/media/W1siZiIsIjIwMjEvMDYvMjQvODUzcG9kanNhc19TQVJBTkNBTV9BUl9IQVJCSV9RVUxMVVFfVUxBUl9IQVJCSV9YSURNQVRMQVJBX0dPUkVfTUVEQUxJX1RBTFRJRl9SQVNNSV9TQU5BRExBUl9YQVJJQ0FfMV8ucGRmIl1d?sha=35722ab3103b9bce

Etikxeber.az

Read Previous

Bir qrup hərbi qulluqçu-ORDENLƏRLƏ TƏLTİF EDİLDİ…

Read Next

Müdafiə Nazirliyinin hərbi qulluqçuları-TƏLTİF EDİLDİ – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir