Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti bir neçə gündür davam edir.
Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 25-də səhər saatlarından yağan yağış günün ikinci yarısında bölgənin dağlıq və dağətəyi ərazilərində tədricən sulu qara və qara çevrilib.
Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu, Sarıbaş, Ağçay kəndlərinə bir neçə gün fasilədən sonra yenidən qar yağır. Hazırda bu kəndlərdə qarın qalınlığı bir neçə santimetr təşkil edir.
Zaqatala və Şəki rayonlarının dağlıq ərazilərində yerləşən kəndlərinə isə bu qışın ilk qarı yağır. Zaqatala rayonunun Car, Şəki rayonunun Baş Layısqı, Şin, Kiş kəndlərində yağan qarın qalınlığı bir neçə santimetrə çatır.
Etikxeber.az