SOCAR-ın inzibati binasının qarşısındakı yolda nəqliyyatın hərəkəti məhdudlarşdırılıb.
Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
O, bildirib ki, Heydər Əliyev prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsinin yaxınlığında (SOCAR-ın inzibati binasının qarşısında) aparılan təmir işləri ilə əlaqədar yolun 1 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Etikxeber.az