“Şokdayam…” – AYDIN MİRZƏZADƏ YAZDI VƏ ÇAĞIRIŞ ETDİ

Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşmüş 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi mənə çox pis təsir etdi.

Dünəndən bu məlumatı oxuyandan mən də şokdayam.

Körpə bir uşağa qarşı belə bir vəhşi hərəkətin edilməsi yolverilməzdir.

Bu hadisənin artıq araşdırılmasına başlanılıb, qısa bir zamanda bu cinayəti törədənlərin aşkar edilməsini gözləyirik.

Cinayətkarlar ən ağır cəza almalıdırlar.

Və sonda.

Hörmətli atalar, anlar, babalar, nənələr.

Uşaqları həmişə diqqətdə saxlayın, onları gözdən qoymayın, onların çətinliklərindən, problemlərindən daima xəbərdar olun, onları həyatın çətinliklərinə hazırlayın.

Vaxtınızın çoxunu onlara sərf edin, onların həyatının ayrılmaz hissəsinə çevrilməyi bacarın!

Aydın MİRZƏZADƏ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz var…

Read Next

123 YAP-çının hamısının-NAMİZƏDLİYİ QEYDƏ ALINDI – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir