“Sumqayıt” Keşavarzdan imtina etdi

“Sumqayıt” futbol klubu qış transfer pəncərəsində heyətinə qatdığı futbolçu Peyman Keşavarzdan imtina edib.

Klubun mətbuat xidmətindən Etikxeber.az –a bildirilib ki, bu, 22 yaşlı müdafiəçinin mövsüm ərzində artıq iki komandada oynaması ilə bağlıdır.

Futbolçunun sənədləri gec gəlib və onun barəsində məlumat toplamaq çətin olub.

Qeyd edək ki, Peyman Keşavarz “Sumqayıt”la 6 ay + 1 illik müqavilə imzalayıb. Lakin onun cari mövsümdə Omanın “Yasan Al-Vaste” və “Qostareş Fulad” komandalarında çıxış etdiyi müəyyənləşib.

Etikxeber.az

Read Previous

Daşınar əmlakın yüklülüyü ilə bağlı cəzalar müəyyənləşdi

Read Next

“Nə özünü, nə sədrini, nə partiyanın adını tanıyan var, amma…” – YAP RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir