Sumqayıt teatrında “Oğru”

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır. Truppa yaxın günlərdə Marsel Berkye Marinyenin “Oğru” əsərinin tamaşasını sənətsevərlərə təqdim edəcək.

Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov Etikxeber.az-a bildirib ki, rejissor Rövşən Almuradlının quruluş verdiyi tamaşa komediya janrındadır. Səhnə əsərinin süjetində əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada Əməkdar Artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova və İlahə Səfərova iştirak edirlər.

Etikxeber.az

Read Previous

Dmitri Savelyev: “Azərbaycan Qarabağın işğalı ilə heç vaxt barışmayacaq”

Read Next

Həmsədr ölkələrinin XİN rəhbərləri Qarabağ münaqişəsinə dair birgə bəyanat yayıblar

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir