“Təhsilsiz, məktəbsiz millətin gələcəyi, inkişafı olmaz” – ELDƏNİZ SƏLİMOV – XAÇMAZDA YENİ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLDİ – FOTOLAR

Xaçmaz rayonunun Xaçmaz şəhərində Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəb istifadəyə verilib və bununla bağlı açılış mərasimi keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar, o cümlədən, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, əslən xaçmazlı və Xaçmazdan olan millət vəkili Eldəniz Səlimov və digər rəsmi şəxslər iştirak ediblər.

Millət vəkili E. Səlimov və digər bir neçə şəxs açılış mərasimində çıxış edərək, məktəbliləri, ilk dəfə məktəbə qədəm basan “birincilər”i, adıçəkilən məktəbin müəllim kollektivini yeni dərs-tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Həmçinin, yeni və son dərəcədə müasir standartlara cavab verən məktəb binasının tikilib, istifadəyə verilməsinin dərs-tədris prosesinin keyfiyyətini daha da yaxşlaşdıracağına, şagirdlərin bilik səviyyəsini artıracağına əminliklərini vurğulayıblar.

Eyni zamanda, yeni məktəb binasının tikintisinin ölkədə aparılan quruculuq-abadlıq işlərinin, ölkə təhsilinə dövlət və hökumət səviyyəsində yüksək önəm verilməsinin, Azərbaycan təhsilinin səviyyəsinin yüksəldilməsinin ölkə prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətində olmasının nəticəsi kimi dəyərləndiriblər.

E. Səlimov isə saytımıza açıqlamasında bunları qeyd edib:

“Yeni tikilmiş Xaçmaz şəhər Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdik.

Məktəb xalqın mənəvi beşiyidir, mənəviyyatıdır.

Təhsil millətin sabahıdır, gələcəyidir, inkişafıdır, tərəqqisidir.

Məktəbsiz, təhsilsiz heç bir millətin sabahı, gələcəyi, müstəqil inkişafı ola bilməz.

Azərbaycanda isə həm təhsilin inkişafına, həm bu inkişafı təmin edən müsair məktəblərin tikilib, istifadəyə verilməsinə böyük diqqət, qayğı göstərilir.

Bunları təmin, var edən Müstəqil Azərbaycanımız var olsun, cənab prezidentimiz İlham Əliyev var olsun!”.

xacmaz-9

xacmaz-8

xacmaz

xacmaz-2

xacmaz-3

xacmaz-4

xacmaz-5

xacmaz-6

xacmaz-7

Etikxeber.az

Read Previous

Rəsmilər “Bilik günü” tədbirində – FOTOLAR

Read Next

“Bu il 80-dən çox məktəb yenidən tikiləcək” – İlham Əliyevlə Mehriban Əliyeva – AÇILIŞDA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir