Təltif edilənlər arasında Milli Qəhrəman və millət vəkilinin də oğlu var – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki, Sərəncama  əsasən, Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilib:

“Azərbaycan Bayrağı” ordeni ilə

Məmmədov Şahin İsgəndər oğlu – general-leytenant

“Vətən uğrunda” medalı ilə

Abbasov Fəhrəddin Cəbrail oğlu – polis polkovnik-leytenantı

Babayev Etibar Fərhad oğlu – polis polkovniki

Baloğlanov Ramil Rasim oğlu – polis polkovnik-leytenantı

Bədəlov Zaur Marif oğlu – polis polkovniki

Əfəndiyev Azər Oqtay oğlu – polis mayoru

Əkbərov Haxverdi Koroğlu oğlu – polis polkovnik-leytenantı

Əliyev Ziya Fəxrəddin oğlu – polis polkovnik-leytenantı

Əliyev Vüqar Ələsgər oğlu – polis polkovniki

Hacıyev Teymur Kamil oğlu – polis polkovniki

Həsənov Həmid Həsən oğlu – polis polkovnik-leytenantı

Həsənov Qasım Həsən oğlu – polis polkovniki

Həsənov Zamin Ələsgər oğlu – polis polkovniki

Hüseynov Məmməd Maarif oğlu – polis polkovnik-leytenantı

İsmayılov Pərviz Mübariz oğlu – polis polkovniki

Kərimov Tərlan Aslan oğlu – polis baş serjantı

Mansurzadə Orxan Ağəddin oğlu – polis polkovniki

Mirzəyev Elsevər Şirin oğlu – polis polkovnik-leytenantı

Mustafayev Mustafa Vəli oğlu – polis polkovniki

Mustafayev Rasim Nəriman oğlu – polis polkovniki

Orucov Vəfadar Adil oğlu – polis polkovnik-leytenantı

Şəbəndəyev Vüsal Müzəffər oğlu – polis polkovniki

“İgidliyə görə” medalı ilə:

Cahangirov Azər Oktay oğlu – polis polkovniki

Əliyev Taryel Məmməd oğlu – polis mayoru

Piriyev Rəşid Əli oğlu – polis polkovnik-leytenantı.

Qeyd edək ki,  təltif olunanlardan biri, yəni,  “Vətən uğrunda” medalı ilə təltif edilən polis polkovnik-leytenantı  Elsevər Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı, polkovnik leytenant, şəhid Şirin Mirzəyevin oğludur.

şirin

FLORA

E. Mirzəyev həmçinin millət vəkili Flora Qasımovanın oğludur.

O, uzun illərdir DİN-də çalışır.

Etikxeber.az

 

Read Previous

Narazı ərdoğançılar “Özgürlük və Hukuk”-da birləşir – LİDER BABACAN OLACAQ

Read Next

Asiman Qurbanlı ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırdı – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir