Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Fevralın 2-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.
Etikxeber.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Mahan Air” aviaşirkətinin yerli vaxtla saat 14:10-da “W5 1130” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Mahan Air”in yerli vaxtla saat 15:20-da Bakıdan Tehrana “W5 1131” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A310-300” təyyarəsi ilə həyata keçirilməli idi.
Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Etikxeber.az