“Telekommunikasiya haqqında” qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulur-DƏYİŞİKLİK

İyunun 16-da Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirildi.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Tahir Mirkişili gündəliyə daxil edilən 4 məsələnin hər biri haqqında iclas iştirakçılarına  məlumat verib.  Onlayn iclasda əvvəlcə “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” (ücüncü oxunuş) qanun layihəsi müzakirə  edildi.

Komitə sədri “Dövlət rüsumu haqqında” qanuna (ikinci oxunuş) təklif  olunan  dəyişikliklərlə əlaqədar məlumatında  bildirdi ki, sənəd “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi daşıyır. Layihədə tibb müəssisələrinin akkreditasiyası ilə bağlı dövlət  rüsumlarının  məbləği  müəyyən edilib.  

Sonra “Telekommunikasiya haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi. Bildirildi ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli domen adlarının tənzimlənməsinə dair müddəalar nəzərdə tutulmuşdur. 

Sənədə “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında onların qeydiyyatı və texniki xidmət üzrə ödənişin hüquqi əsasının yaradılması, həmin ödənişin məbləğinin razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi ilə bağlı maddə əlavə edilib.

 Onlayn iclasda  “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinin “Təhsil haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlandığı vurğulandı.

Komitə sədrinin müavini Əli Məsimli, deputatlar Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Məşhur Məmmədov, Aydın Hüseynov, Elnur Allahverdiyev, Mahir Abbaszadə, Ağalar Vəliyev, Rüfət Quliyev Anar Məmmədov müzakirə  edilən  sənədlərlə əlaqədar  fikirlərini bildiridilər, təkliflərini səsləndirdilər.

Ətraflı müzakirələrdən sonra sənədlərin MM-in plenar iclasına tövsiyə  edilməsi  qərara alındı.

Etikxeber.az

Read Previous

“Topsuz-tüfəngsiz atəş açan “gözəgörünməz düşmən”lə mübarizənin ön cərgələrində addımladılar…”-PƏRVİN KƏRİMZADƏ

Read Next

“KİVDF-də yol verilən qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanılıb”-BAŞ PROKURORLUQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir