“Tez-tez əlini sinəsinə vuraraq deyərdi ki, ana, mənimlə fəxr edəcəksən…Mən sənə “yaşıl işıq” olacağam…”-AİLƏNİN ÜÇ ÖVLADINDAN BİRİ, ALİ TƏHSİLLİ, SUBAY VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜSAL TEYMUROVUN ANASI NAHİDƏ TEYMUROVA – ŞƏHİDİN ORDEN HAQQI GEC DƏ OLSA, TANINACAQMI? – FOTOLAR

Cəmi dəqiqələr, saatlar öncə İkinci Vətən Müharibəsi Şəhidi, əslən Lənkəranlı, özü isə Bakılı, Səbailli, Badamdarlı, 10 gün əvvəl Cənnətdəki dördüncü doğum günü, 33 yaşı taman olan ali təhsilli və subay, ailənin üç övladından biri Vüsal Zakir oğlu Teymurovun ocağını, ailəsini, valideynlərini ziyarət etdim yenidən…

Martın 4-də Cənnətdəki dördüncü doğum günü məclisinə qatıla bilmədiyim üçün Şəhidimizin anası-Qəhrəman ana Nahidə Anaya, Nahidə Teymurovaya söz vermişdim…Ki, yaxın günlərdə gəlib onları, Şəhidimizin ocağını ziyarət edəcəyəm…

Və qeyd edim ki, bu, neçənci ziyarətim idi…özüm də unutmuşam, dəqiq bilmirəm…

Dəfələrlə-həm Anım Günü, həm də Cənnətdəki doğum günü məclislərində və qeyri-vaxtlarda Şəhidimizin ocağında olmuşdum və bu gün bir daha özümə bocr bildim ki, yenidən ziyarət edim ocağını, ailəsini…

Və təxminən bir saat çəkən ziyarətim zamanı bir daha Şəhidimizin ailəsinə-valideynlərinə – Nahidə və Zakir Teymurovlara Allahdan səbr və dözüm arzuladım…

Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha müqəddəs ruhu qarşısında baş əydiyimi, Şəhidimizə, cəmi Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Bir daha Şəhidimizin Haqqının yerdə qalmamasını Böyük Yaradandan təvəqqe etdim…

Çünki 3 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Haqqı olan ali ordenlərimizdən biri ilə təltif olunmayıb…

Düzdür, ötən illərdə 5 medalla təltif olunub, ancaq orden də Şəhidimizin halal Haqqıdır…

Və Haqqı da verilməli, ali ordenlərimizdən biri ilə təltif olunmalıdır təqdimat əsasında.

Valideynləri (ailəsi) də övladlarının ordenlə təmin olunmasını istəyir və tələb edirlər…

İstəyirlər ki, övladları ali ordenlərimizdən biri ilə təltif ounsun və Bakıdakı, Badamdardakı küçələrdən və eləcə də təhsil ocaqlarından birinə Vüsalın adı verilsin…

İstəklərində, xahişlərində və tələblərində də haqlıdırlar…

Və onların istəkləri, xahişləri nəzərə alınmalı və qeyd etdiyim kimi, övladları ali ordenlərimizdən biri ilə təltif edilməlidir.

Ümid etmək və inanmaq istərdik ki, belə də olacaq, Vüsal Teymurovun da orden Haqqı tanınacaq!

***

Ziyarət zamanı həm də söhbət etdim, dərdləşdim Şəhidimizin Qəhrəman valideynləri ilə…

Anası Nahidə xanımın dediklərindən:

“Övladım və Şəhid olduğu üçün demirəm, Vüsal tamam başqa cür, başqa oğul idi…Tez-tez əlini sinəsinə vuraraq deyərdi ki, ana, mənimlə fəxr edəcəksən…Mən sənə “yaşıl işıq” olacağam…Mən də deyirdim ki, niyə belə deyirsən, niyə belə edirsən…Yenə də gülə-gülə deyirdi ki, bəli, mənimlə fəxr edəcəksən…Sən demə, Şəhidliyini nəzərdə tuturmuş, Şəhid olacağını bilirmiş, Şəhidliyi ürəyinə damıbmış…”

Məqamı bir daha Uca, dərgahı bir daha mübarək olsun, Nur üzlü Şəhidimizin-Vüsal Teymurovun!

Nurlar içində yatsın, Nur üzlü Şəhidimiz!

Allah ailəsinə, valideynlərinə bir daha və bir daha səbr və dözüm versin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

“İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq…”-İlham Əliyev XI Qlobal Bakı Forumunda-İŞTİRAK VƏ ÇIXIŞ ETDİ… – FOTOLAR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir