“Torpaq səni sinəsində yaşadacaq…” – TAHİR RZAYEV ŞƏHİD AKİF ABBASOVDAN YAZDI…

Azərbaycan-Ermənistan sərhədində meyiti tapılan hərbçi dəfn edilib.

Etikxeber.az xəbər verir ki, Akif Elşən oğlu Abbasov Ağcabədi rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə hərbçinin meyiti neytral ərazidən götürülüb.

“Akif balam sən olümünlə ölməzlik qazandın. Vətənin, Xalqın başını ucaltdın, müqəddəsliyə qovuşdun”.

Bunu isə Ağcabədidən olan millət vəkili Tahir Rzayev deyib.

“Torpaq səni sinəsində yaşadacaq, adını cücərtəcək, nəslinə qol-qanad verəcək. Yerin behişt olsun, əziz balam. Sən milyonların balası olmağınla fəxr edə bilərsən!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Prezident və xanımı-ROMA PAPASI VƏ PİETRO PAROLİNLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Dövlətimizin durmadan artan nüfuzunun daha bir qələbəsi!” – JALƏ ƏLİYEVA DÖVLƏT BAŞÇISININ İTALİYA SƏFƏRİ HAQDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir