“Tovuz məgər Dağlıq Qarabağdırmı?”-JALƏ ƏLİYEVA DÜNYA İCTİMAİYYƏTİNİ HƏM DƏ ERMƏNİSTANIN “VİRUS MÜHAİBƏSİ”NƏ QARŞI SƏSSİZ QALMAMAĞA SƏSLƏDİ

Dünyanı başına götürən koronavirus pandemiyasının davam etdiyi, bütün ölkələrin öz imkanları, öz resursları ilə bu dəhşətli bəlaya, gizli düşmənə qarşı mübarizəyə qaıxdığı, özünü və dünyanı qorumaq yoluna çıxdığı bir məqamda təxribatçı, faşist, nasist Ermənistan və onun silahlı birləşmələri sərhədlərimizi pozurlar. Burada da, sadəcə, silahlar, tanklar, toplar insanlığa qarşı çevrilmir, burada həm də neçə aydır bar-bar bağırdığımız virus müharibəsinin daha da təhlükəli bir həddə gəlməsinə şərait yaradırlar. Ona görə düşünürəm ki, bütün dünya ictimaiyyəti məhz həm də elə bu baxımdan təxribatçı və işğalçı Ermənistana səsini qaldırmalı, öz sözünü deməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva bir az öncə ATV-nin “Bir birlikdə güclüyük!” proqramında çıxışı zamanı deyib.

“Bu gün orada, sərhəddə-pandemiya şəraitində davam edən döyüşlərdə təkcə silahlar əsgərləri qətlə yetirmir, eyni zamamda, gözlə görmədiyimiz bu virus silahı yüzlərlə, minlərlə, on minlərlə insanın yoluxmasına gətirib çıxar ki, bu da elə biliriəm bütün dünyaya bir təhdiddir. Məncə, artıq dünya ictimaiyyəti bunu görməli və qiymətini verməlidir…“-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

J. Əliyeva eyni zamanda “Tovuz məgər Dağlıq Qarabağdırmı, Qarabağda yerləşirmi?”-deyərək, işğalçı dövlətin sərhəddə təxribat törədərək, gərginlik yaradaraq, diqqəti həm ölkəsində bütün sahələrdə yaranmış problemlərdən yayındırmağa, həm də havadarları ilə birlikdə daha təhlükəli,daha məkrli planları reallaşdırmağa cəhd etdiyini bildirib və əlavə edib ki, iyulun 12-dən bu yana yaşananlar Ermənistanın və onun dəstəkçilərinin niyyətlərinin baş tutmadığının və heç zaman baş tutmayacağının əyani təzahürü oldu.

10:30

Etikxeber.az

Read Previous

“Qorxaq olduğumu düşünənlərin olduğunu bilirəm, onların mənim haqqımda düşüncələrini dəyişmək istəmirəm…”-ERKİN QƏDİRLİ

Read Next

“Hadisələrin ilk günündən Tovuzda olan bir millət vəkili kimi təsdiq edə bilərəm ki, əsgərimizlə xalqımız, dövlətimiz bircandır, ruhubirlərdir…”-QƏNİRƏ PAŞAYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir