Türk Şurasının – BAKI ZİRVƏSİ KEÇİRİLƏCƏK – FOTO

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov sentyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycanın Türk Şurasının banilərindən biri olduğunu vurğulayaraq, hazırda da bu qurumun digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi üçün əməli dəstəyin davam etdirildiyini bildirib. Nazir ölkəmizin Türk Şurasının fəaliyyətinə önəmli töhfə verdiyini qeyd edib, cari ilin oktyabr ayında Bakıda baş tutacaq Türk Şurası Zirvə toplantısının keçirilməsi ilə əlaqədar müvafiq hazırlıq tədbirlərinin görüldüyünü diqqətə çatdırıb.

Bağdad Amreyev, öz növbəsində, Azərbaycanın Türk Şurasının daha da inkişaf etdirilməsi istiqamətində səylərini yüksək dəyərləndirdiyini vurğulayıb.

Görüşdə tərəflər Türk Şurasının qarşıdan gələn Bakı Zirvə görüşünə hazırlıq məsələləri ilə bağlı ətraflı müzakirələr aparıblar.

Sonda Xarici İşlər naziri Elmar Məmmədyarov Türk Şurasının Baş katibi Bağdad Amreyevə, habelə onun müavinləri Qismət Gözəlova və Ömer Kocamana “Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi” ilə əlaqədar yubiley medallarını təqdim edib.

Etikxeber.az

Read Previous

Əminə Dilbazinin 100 illiyi qeyd olunacaq – PREZİDENTDƏN SƏRƏNCAM

Read Next

“Təxribatların qarşısı kəskin şəkildə alınacaq” – SAHİBƏ QAFAROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir