Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
TÜRKİYƏ TERRORA QARŞI 3 İSTİQAMƏTDƏ MÜBARİZƏ APARIR
Türkiyə Cumhuriyyət tarixində terrora qarşı bəlkə də bu qədər hərtərəfli və genişhəcmli mübarizə tədbirləri həyata keçirməyib. Türkiyə eyni zamanda 3 istiqamətdə terrorla mübarizə aparır. Birincisi, FETÖ üzvlərinin həbsləri davam edir, dövlət struktrları təmizlənir, Avropadakı uzantıları axtarışa verilib.
Etikxeber.az xəbər verir ki, bunu politolq Elxan Şahinoğlu deyib.
O, qeyd edib ki, ikincisi, Suriyada PKK-PYD qruplaşmasına qarşı aparılan əməliyyatlara biri də bugünlərdə əlavə olunacaq, üçüncüsü, Türkiyə ordusu ayrıca İraqda PKK mövqelərini də bombalamaqda davam edir.
“Bundan başqa PKK-nın Türkiyə daxilindəki siyasi uzantıları da neytrallaşdırılır. Təsadüfi deyil ki, Diyarbəkir, Mardin və Van bələdiyyə başçıları vəzifələrindən uzaqlaşdırıldı.
Çünki həmin bələdiyyələr bölgə insanının rihafına çalışmaq əvəzinə PKK-ya maliyyə və texnik dəstək saxlayırmış. Belə hallar keçmiş illərdə də olub.
Türkiyə böyük və güclü dövlətdir, gərəkən halda terrorla mübarizəyə 4-cü və 5-ci istiqamətləri də əlavə edə bilər.
Şübhə etmirəm ki, Avropadan yenə həbslərlə bağlı “Türkiyədə insan haqları pozulur” səsləri eşidiləcək, ancaq Türkiyənin yolu bəllidir və bu səslər onu yolundan sapdırmayacaq”-deyə, politoloq sözlərinə əlavə edib.
Etikxeber.az