“Türkiyə artıq İdlib və onun ətrafı ilə məhdudlaşmır, Əsəd ordusunun mövqelərini harda gəldi vurur…” – POLİTOLOQ

Türkiyə Suriya ərazisində hərbi əməliyyatını genişləndirir. Türkiyə artıq Əsədin Hələbdəki mövqelərinə zərbələr endirir. Yəni, Türkiyə artıq İdlib və onun ətrafı ilə məhdudlaşmır, Əsəd ordusunun mövqelərini harda gəldi vurur.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Bəzi məlumatlara görə, Bəşər Əsədin partiyasının Dəməşqdəki binasına da hücum olub. İsrail də fəallaşıb. İsrailin Türkiyə ilə münasibətləri soyuq olsa da, hər ikisi üçün Əsəd hədəfdir. Ancaq son hadisələr Suriyadakı terrorçuları da cəsarətləndirə bilər, onlar Əsəd ordusunun itki verməsindən istifadə edərək fəallaşa bilərlər…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Qatarla avtobus toqquşdu-AZI 30 NƏFƏR ÖLDÜ…

Read Next

“79-lar”: Yeni-köhnə tərkibli 6-cı çağırış Milli Məclisin ilk iclası-NƏ VAXT KEÇİRİLƏCƏK, YENİ RƏHBƏRLİKDƏ KİMLƏR YER ALACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir