“Türkiyə öz sərhədlərində belə “ana aktyor” olmaqdan çıxıb” – AKŞƏNƏR VƏ BAXÇALIDAN SİTƏM

“Məsələ Türkiyə Cümhuriyyətinin insiyativ alanıdır. Bu gün yaşananlar, dünən etdiklərimizin sonucudur”.

Etikxeber.az xəbər verir ki, bunu Türkiyənin ünlü siyasətçilərindən Meral Akşənər separatçı və qondarma “Müstəqil Kürdüstan”la bağlı açıqlamasında bildirib.

meral-kerkuk

O, deyib ki,  haradan və kimdən gəlirsə-gəlsin, onu daraldacaq bir gəlişmə təbiidir ki, bu da qəbul edilməz:

“İnsiyativ alanı ölkənin tamamı üçündür. Ölkəyi yönətənlər iddialı bəyanatlar verməsəydilər və Türkiyə  heç bir girişimdə bulunmasaydı daha yaxşı olurdu.

Heç olmazsa, muhatapllarımız bizi daha ağıllı və güclü zənn edərdi.

Sərhəddi bağlayıb, “tatbikatı üst düzəyə çıxarmaq” bizim üçün israf, seyr edənlər üçün  “gülüş mövzusu” olmaqdan uzağa getməz. 

Xarici siyasətdə “durum keçişdirmək” şəklində oxunur.

Nəticə olaraq:

“Türkiyə öz problemlərində  və öz  sərhədlərində belə “ana aktyor” olmaqdan çıxmışdır”.

baxcali-meral

MHP genəl başqanı Dövlət Baxçalı da Türkiyə iqtidarının Şimali İraqda keçirilən saxta və qeyri-qanuni referendumla bağlı konkret siyasəti, vahid mövqeyi olmadığını bildirib.

O, AKP iqtidarı rəsmilərinin  məsələ ilə əlaqədar müxtəlif və bir-biri ilə uzlaşmayan bəyanatlar səsləndirdiyini də söyləyib.

Hökuməti adıçəkilən məsələdə qətiyyətli , aydın və vahid mövqedən çıxış etməyə səsləyən Baxçalı eyni zamanda, 5 min ülkücünün də hazır vəziyyətdə olduğunu bəyan edib:

“Can, mal və vətən güvənliklərinə dəstək vermək boynumuzun borcudur.

Bu əsnada  ən azı beş min ülkücü könüllü  başda Kərkük olmaq üzərə, Türkmənlərin yaşadığı Türk kəndlərindəki varlıq, birlik və dirlik mücadiləsinə qatılmaq üzərə hazır vəziyyətdədir”.

Etikxeber.az

Read Previous

“Kiş alban məbədi”nə aparan dairəvi avtomobil yolunun tikintisinə 1 milyon manat ayrıldı

Read Next

Cempionlar Liqası: “Qarabağ”-“Roma” oyunu başa çatdı- 1-2 – FOTO -YENİLƏNİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir