UEFA Çempionlar Liqasının qrup mərhələsi – NƏTİCƏLƏR – FOTO – YENİLƏNİB – (1)

Sentyabrın 17-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək.

Etikxeber.az xəbər verir ki, qrup mərhələsinin birinci turunun ilk oyun günündə E, F, G və H qruplarında aşağıdakı qarşılaşmalar keçiriləcək:

E qrupu:

“Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə),

“Zaltsburq” (Avstriya) – “Genk” (Belçika).

F qrupu:

“İnter” (İtaliya) – “Slaviya Praqa” (Çexiya),

“Borussiya Dortmund” (Almaniya) – “Barselona” (İspaniya).

G qrupu:

“Lion” (Fransa) – “Zenit” (Rusiya),

“Benfika” (Portuqaliya) – “Leypziq” (Almaniya).

H qrupu:

“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya),

“Ayaks” (Hollandiya) – “Lill” (Fransa).

A, B, C və D qruplarının oyunları sentyabrın 18-də keçiriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalında İngiltərənin “Liverpul” və “Tottenhem” klubları qarşılaşıblar.

Oyunda 2:0 hesabı ilə qalib gələn “Liverpul” UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qalibi olub.

***

Qrup mərhələsinin ilk oyunu F və G qrupunda oynanılıb.

F qrupunda yer alan İtaliyanın “İnter” klubu öz meydanında Çexiyanın “Slaviya Praqa” komandasını qəbul edib.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda hesabı qonaqlar 63-cü dəqiqədə Peter Olayinka sayəsində vurub.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə italyanlar hesabı bərabərləşdirməyə nail olub. Matçın 94-cü dəqiqəsində Nikolo Borella fərqlənib.

Eyni hesab Fransada da qeydə alınıb. G qrupunda yer alan “Lion” doğma azarkeşlər önündə Rusiyanın “Zenit” komandasını qəbul edib.

Hesabda 41-ci dəqiqədə Sərdar Azmunun qolu sayəsində irəli olan rusiyalılar matçın 50-ci dəqiqəsində hesabı qoruya bioməyiblər.

Menfis Depay adını tabloya yazdırıb – 1:1.

***

Günün ən məhsuldar oyunu Avstriyada baş tutub.

Erlinq Braut Haalandın ilk 45 dəqiqəyə poker etdiyi görüşdə “Zalsburq” “Genk”i darmadağın edib.

“Ayaks” da qrup mərhələsinə böyükhesablı qələbə ilə başlayıb. Hollandiyalılar “Lill”i üstələyiblər.

Doğma azarkeşləri önünə çıxan “Çelsi” “Valensiya” ilə görüşdə məğlubiyyət acısı yaşayıb. “Benfika” isə “Leypsiq”lə qarşılaşmadan xalsız ayrılıb.

Böyük maraq kəsb edən matç Dortmundda baş tutub. “Borussiya” “Barselona” ilə oyunda qolsuz heç-heçəyə imza atıb.

“Napoli”nin “Liverpul”la görüşü də diqqət mərkəzində olub.

Bu matçın taleyi ikinci yarıda qol həll olunub.

İtaliya klubu evdə Çempionlar Liqasının son qalibini məğlubiyyətə uğradıb.

Etikxeber.az

Read Previous

Deputatlar yerlərdə mədəniyyət obyektlərinin sayının artırılmasını vacib sayır…

Read Next

Parlamentin daha üc komitəsinin iclası keçiriləcək – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir